KÜLTÜR SOYQIRIMI

Mənim dilim = Mənim anam = Manim torbaqım
Hər vaqt mənim dilimi lağlağa edirsiz eləbir mənim anama təcavuz edirsiz.
Mənim dilimi məndən almağiz mənim vatanimi ğarət eləmağızinan bərabərdir.
Əgər sizin torpağızi əlizdən alalar va anaza tacavuz edələr siz neynərsiniz?
 


 anadili
Olsunki, Onlar məni ki böyük səhəndin gozəl atayində anadan olmüşam, anadilimdən ayrı salıb və onun davamında məni anamdan ayırıbla,
Olsunki, Onlar məndlən dilimi ayrı salarkən məni məcbur ediblər ürək sozlərimi anama xitab farsıca yazam va anamınan bir biganə dildə danışıb dərd dil edəm. Ancaq bu dərd dil hələ də onun qulağına yetişmiyib axi o fars dilin başa duşməyir,
Olsunki, onlar məni məcbur ediblər öz sevgimə va öz qardaşıma  farsıca sms yazam,
Olsunki, onlar məni məcbur ediblər farsı fikr edib ondan sonra farsı fikrimi türkü danışam,
Olsunki, onlar məni məcbur ediblər türkcə yazımı əvvəl farsca yazım sonra onü oz dilimə çevirim,
Olsunki, onlar məni macbur ediblər onların dilin evrəşib sonra onların dilincə öz fikrimin, öz dilimin va öz millətimin əleyhinə yazım,
Olsunki, onlar məni macbur ediblər öz dilimi qoyub onların dilincə şer diyib , soz yazıb va təranə oxuyum,
Olsunki, onlar məni məcbur ediblər onların dilin evrəşib başqasına evrədim va o dilin nəqzilərin islah edim,
OLSUN ... .
Amma onlar bacarmıyıblar buni mənə andıralar ki İran Azərbaycanlılarının dili yoxdur, dillərinin əlifbası yoxdur, dillərinin gırameri yoxdur. Onlar gərək Farsıca oxuyalar. Farsı va day heçzad.
Deməliyik bu cültür işbaşları bu sosur hədəflərinə əl çatmayıblar, indi minlər Azərbaycan öyrəncisi bönü düşünüblər ki özlərinin bir qədərli dilləri var, bir dilki böyük dilçilərin sözlərinə görə bir qanunlu va en qaydalı dildir.
Onlar şikəs yeyiblər çünki azərbaycan cavanları bir böyük fərhəngi oyanışda , öz anadillərini evrəşib və onu saxlamaqa çalışırlar.
İran türkrəri bunu düşünüblərki istismarın bu məyub siklindən çıxmaqın takca bir yolu var: üz kültür va üz hüviyyətinə qayıdmaq. Ki dil evrəşib va onu yayamaq bu yolun baş addımıdır.

 ****

30 il bundan qabaq ki dünyaya gəldim, «demək» bilmirdim amma anamın gülmələrin başa düşürdüm. Ana_ata nın məhəbbətli qücaqında sözəri evrəşdim: gül , gəl , gaç , ged , … va Sözü evrəşdim: ABA!
Sonralar eləki istədim o zosləri yazam, qəmli bir tracedi tarixə yayıldı, mən yazdım: bexand , bodo , biya , boro , ... va hammısından tıracik Sözü yazdım: MADƏR!!!
Sonralar məcbur oldum Tehranda, ki millətnin çoxu türkdülər , öz dildaşlarımınan fars dilində danışam, sözlərimi farsıca yazam , farsıca fikr edəm , haraliq və itginlıqınan yaşayam. Mən istəməmiş bu fərhəngi zora baş əydim.
 Fars oğlanlar va qadınların fəradəsti baxışları mənə çox azar veriridi. onların böyükləri məni məcbur eddilər türki yazmıyam va çalışdılar fars olam. bunlar məni türk olmaqımın xatırına lağlağa va təhqir eddilər. Onlar çox sirahətinən dedilər : sən bizdən deyrisən .
Onlara deyirəm , onlara ki susorluqunan 30 milyon İranlı türkü lağlağa edirlər , : Əxlaq hükm edir bir milləti lağlağa edmiyək amma ise istəsik bir milləti istintaq edək onlar sizin alimlərizdirlər ki bu 100 ilin müddətində bir böyük fərhəngi soyqırıma əl vurublar va bir böyük millətin dilin va fərəngin əlindən alıblar.
 Mən onlara didim: mənim dilim = mənim anam = manim torbaqım , har vaqt mənim dilimi lağlağa edirsiz eləbir mənim anama təcavuz edirsiz. Mənim dilimi məndən almağiz mənim vatanimi ğarət eləmağızinan bərabərdir. əgər sizin torpağızi əlizdən alalar va anaza tacavuz edələr siz neynərsiniz?
Mən gərək 23 il bundan qabaq o zaman ki başqa dəfə mədrəsedə oxumaqı başladım , öz anadilimi yazıb oxümasın evrəşeydim. Indi 23 il o facieden sonra , bir ejib giclıq mənə hakim olub , bu fars dilinin gözel sözləri mənim deyirlər. Mən bu sözlərinən biganə va qəribiyəm.
 Mən fars dilin gozəl yaziram, o dilinən həyat sovmışam , ancaq indi araliq hissim var. Mən gərək ürəyimin sözlərin anamın dilində yazam, bir dilki ondan hələ birzad bilmirəm amma bir 7 yaşar üşaqkimin onu yazıb_oxumaqa başlamışam. 


1. Geçən il bu zaman Fevral ayının 21ci günündə Beynəlxalq Ana Dili günü barəsində fars dilində olan viblagimda bu ünvanda ( İranda anadili faciəsi ) bir matlab yazmışdım. başqa yazı bildirki yazının bir hissəsidir.

2. sabah fevral ayının 21 ci günödür və mən türkcə blagımı bü münasibətə  yola salıram. saqlıq olarkən bü viblagi tez bə tez apdeyt edəcik.


  Yazılar cəmi: 1   

Bölmələr

Keçidlər

Blog

Xəbər

Kültür

Şəkil